Yüngül çəkidə sabiq UFC çempionu Kamaru Usman bildirib ki, valideynləri müxtəlif dinlərin ardıcıllarıdır, lakin bu, heç vaxt ailədə münaqişəyə səbəb olmayıb.
“Atanın müsəlman, ananın xristian olduğu bir ailədə böyümək necədir? Əla. Atam müsəlman, anam xristiandır, amma onların heç vaxt dinlə bağlı bir münaqişəsi, bircə problemi də olmayıb. Heç vaxt! Biz üç oğlan idik, atamızın etdiklərini etmişik – onunla məscidə getmişik, bu ənənə ilə tərbiyə almışıq. Sonra ABŞ-a köçdük, anamız bazar günləri kilsəyə gedirdi. ABŞ-da isə bazar günü futbol oyunları günüdür. Atam anamı və məni bir-iki saatlığa göndərəndə bu, o demək idi ki, o, evdə tək qalıb, sadəcə futbola baxa bilər.
Anamla kilsəyə getməyimiz heç vaxt problem deyildi. Gedib tamam başqa bir din kəşf etdik. Fərqli olsa da, İslamla çox oxşar cəhətləri var. Düşünürəm ki, bu təcrübə mənim üçün faydalı oldu, çünki artıq yetkin olduğum üçün məlumatlı qərarlar qəbul edə bilirəm. İstər müsəlman olsun, istər xristian olsun, hər iki dinə hörmət etməliyəm. Məndə hər iki dinə hörmət formalaşıb. Bu, mənim xüsusi təcrübəmdir”, – Usman “PBD Podcast”a deyib.
Aut.az