Pikenin Liqası böyüyür, amerikalılar 60 milyon verib: İbra ilə Neymar da pul yatırıb
Jerar Pike “Kinqs Liqa”nın perspektivi haqqında danışıb.
Aut.az xəbər verir ki, “Barselona”nın sabiq futbolçusu, “Kinqs Liqa”nın qurucusu bu barədə İspaniya mətbuatına danışıb:
“Biz əsas regionlarda 10-12 əsas liqadan ibarət bir ekosistem yaratmaq istəyirik. İki Dünya Kuboku – Millətlər Kuboku və Klublar Kuboku olacaq. FİFA və UEFA ilə yaxşı münasibətlərimiz var. Onlar əməkdaşlığa hazırdırlar – ola bilsin, bizim birgə layihəmiz olacaq. Amma hələlik müstəqilliyimizdən həzz alırıq. Perspektiv böyükdür.
“Kamp Nou”da keçirilən finaldan sonra Amerikadan iki investisiya fondu 60 milyon avro ödəyib və şirkətdə pay alıb. Onlar bizə başqa ölkələrdə genişlənməyə kömək edirlər. İnvestisiya edən və payı olan ulduzlar var: Zlatan, Neymar, Ceyk Pol”.
Aut.az
