Dünya cempionatıDünya futbolu

Ulduz futbolçu Portuqaliya millisinin heyətindən kənarlaşdırıldı: Səbəb nədir?

“Milan”ın ulduz cinah oyunçusu Rafael Leao 2026-cı il dünya çempionatının seçmə mərhələsində Macarıstana qarşı keçiriləcək növbəti Portuqaliya millisinin oyununu buraxacaq.

Aut.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının saytı məlumat yayıb.

Məlumata görə, baş məşqçi Roberto Martines 26 yaşlı futbolçunun fiziki hazırlığından narazı qaldığı üçün onu Macarıstana qarşı oyunun iştirakçı siyahısından çıxarıb. Federasiyanın açıqlamasında deyilir:

“Rafael Leao milli komandanın heyətindən kənarlaşdırılıb və Macarıstana qarşı oyunda iştirak etməyəcək. Bu qərar oyunçunun fiziki durumunun qiymətləndirilməsindən sonra baş məşqçi Roberto Martines tərəfindən qəbul edilib”.

Qeyd edək ki, Portuqaliya millisi əvvəlki matçda Şimali İrlandiyanı 1:0 hesabı ilə məğlub edib. Həmin görüşdə Rafael Leau 61-ci dəqiqədə Pedrp Netonu əvəz edərək meydana daxil olub.

DÇ-2026-nın seçmə mərhələsinin dördüncü turunda Portuqaliya – Macarıstan oyunu sabah, oktyabrın 14-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Aut.az