Mbappe məşqlərə nə vaxt başlayacaq?
Fransa yığmasının hücumçusu Kilian Mbappe zədələndiyi üçün komandanın düşərgəsini tərk edib.
Aut.az xəbər verir ki, o, 2026-cı il dünya çempionatının seçmə mərhələsində İslandiyaya qarşı oyunda iştirak etməyəcək. Fransa yığmasının kapitanı cümə axşamı keçirilən Azərbaycanla görüşdə (3:0) sağ topuğundan zədə alıb.
“Marca”nın məlumatına görə, fransalı futbolçunun xəsarəti ciddi deyil. “Real”da gözlənilir ki, Mbappe növbəti həftə məşqlərə başlayacaq.
Aut.az
