Bakı birinciliyi keçiriləcək
Oktyabrın 16-17-də 14 yaşadək yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək.
Aut.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda 66 klub və idman cəmiyyətindən 460 idmançı (397 oğlan, 63 qız) 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
