Dünya futbolu

Pasportunu oğurladılar: Millinin düşərgəsinə gələ bilmir

“Korintians”ın hücumçusu Memfis Depay Niderland millisinin düşərgəsinə gec gələcək.

Aut.az xəbər verir ki, milli komandanın bütün zamanların ən yaxşı bombardiri (52 qol) bazar günü axşam evə uçmalı idi, lakin Braziliyada pasportunun oğurlanması səbəbindən təyyarəyə minə bilməyib.

İndi Depayın milli komandaya qoşulması gecikəcək.

“Bu, ilk növbədə Memfis üçün, həm də bizim üçün təəssüf doğurur. Təbii ki, biz beynəlxalq oyunlara tam heyətlə hazırlaşmağa başlamaq istəyirik. Eyni zamanda, bizdən asılı olmayan hallar var. Ümid edirik ki, o, ən qısa zamanda bizə qoşula bilər”, – yığmanın baş məşqçisi Ronald Kuman deyib.

Niderland Kral Futbol Assosiasiyası, Depayın mümkün qədər tez uçması hər şeyi etdiklərini bildirib.

Niderland millisi DÇ-2026-nın seçmə mərhələsində Malta (9 oktyabr) və Finlandiya (12 oktyabr) ilə qarşılaşacaq.

Aut.az