Digər

Fələstin tərəfdarlarının etirazı: İsrail komandası adını dəyişməyə məcbur oldu

İsrail-Kanada velosiped komandası “Israel Premier Tech” adından “İsrail ” sözünü çıxararaq adını dəyişəcək.

Aut.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

“İdmançılarımıza, heyətimizə və dəyərli tərəfdaşlarımıza sarsılmaz sadiqliyin əlaməti olaraq, hazırkı İsrail kimliyindən uzaqlaşaraq, komandanın adının dəyişdirilməsi və rebrendinq edilməsi barədə qərar qəbul edilib. İdmanda tərəqqi çox vaxt qurban tələb edir və bu addım komandanın gələcəyini təmin etmək üçün lazımdır”, – komandanın bəyanatında deyilir.

İsrail komandası bu qərarı 2025-ci ildə “Vuelta” turniri zamanı xüsusilə intensiv şəkildə başlayan Fələstin tərəfdarlarının  etiraz aksiyalarının təzyiqi altında qəbul edib. İspan yarışı zamanı “Israel Premier Tech” müvəqqəti olaraq formalarından “İsrail ” loqotipini çıxarmışdı.

Aut.az