Dünya futbolu

Çənəsinə yumruq vurulan erməni stomatoloq yanından FOTO paylaşdı – Dişləri yerindədir?

“Krasnodar”ın erməni futbolçusu Eduard Spertsyan “Axmat”la oyundan sonra diş həkiminə getməyə məcbur olub.

81-ci dəqiqədə Spertsyan Qroznı komandasının futbolçusu Ndonqu təhqir edib, “Rədd ol buradan, qara köpək” deyib.

Bundan sonra seneqallı erməninin çənəsinə yumruq ilişdirib.

Spertsyan dodağını tutaraq yerə yıxılıb. Baş hakim İnal Tanaşev oyunun təkrarına baxıb və Ndonqu meydandan qovmaq, həmçinin Krasnodar oyunçusuna “təxribatçı hərəkətlərə görə” sarı vərəqə vermək qərarına gəlib.

Aut.az xəbər verir ki, matçdan sonra “Krasnodar”ın kapitanı Ndonqun zərbəsinin dişlərini zədələdiyini bildirib:

“Mənim dişlərim düzəldilməli olacaq; yuxarı dişlərin bir neçəsi qırılıb. Onlar da bahadır”.

Futbolçu daha sonra stomatoloqun kabinetindən gülümsəyərkən çəkdirdiyi şəklini yayımlayıb və yazıb: “Dişlər yerindədir”.

Aut.az

Çənəsinə yumruq vurulan erməni stomatoloq yanından FOTO paylaşdı – Dişləri yerindədir?