Türkiyə

Dieqo Luqano Türkiyə futbolunun dərdlərini bir-bir sadaladı

Uruqvay millisinin və “Fənərbağça”nın sabiq kapitanı Dieqo Luqano Türkiyə klubunun sabiq prezidenti, 1998-2018-ci illərdə klubu idarə etmiş Əziz Yıldırım haqda danışıb.

Aut.az xəbər verir ki, Luqano bu barədə “Okko”da DASH proqramında deyib.

– Türkiyə liqası daimi məşqçi dəyişikliyi ilə tanınır. Çox tez-tez. Türkiyədə baş məşqçi ildə 3-5 dəfə dəyişə bilər və bu normaldır. Hər an kluba yeni baş məşqçinin gələ biləcəyini bilən bir futbolçu kimi özünüzü necə hiss edirdiniz?

– Həddindən artıq ehtiras və istək təşkilat üçün zərərlidir. Türkiyədə insanlar çox vaxt duyğulara söykənərək mühüm qərarlar verirlər, məntiqsiz davranırlar və məncə bu, türk futbolunun böyüməsinə mane olan əsas problemlərdən biridir. Bu, sadəcə olaraq ilişib qalır, çünki insanlar ağıldan çox emosiyalarla idarə olunurlar. Türk futbolunda bu qüsuru çoxdan müşahidə etmişəm; bu, mədəni xüsusiyyətdir, ölkənin xüsusiyyətidir. Nə siz, nə də mən bu problemi həll edə bilmirik. Türkiyə liqasının bacardığı qədər inkişaf etməməsinin səbəbi də budur. Məşqçi dövriyyəsi yüksək olduğundan və oyunçularla çox vaxt pis rəftar olunur. Duyğularla mühakimə yürütdükdə vəziyyəti yaxşılaşdırmaq həmişə çətindir.

– Ümumiyyətlə türk xalqının, təkcə azarkeşlərin, oyunçuların deyil, məşqçilərin və klub prezidentlərinin də hamısının futbola aludə olduğunu deyə bilərikmi?

– Bəli, mənim belə insanlarla işləmək təcrübəm var. Məsələn, “Fənərbağça”nın prezidenti. O, mənim üçün bu çılğın adamlar siyahısında birinci yerdədir. O, başqa bir şeydir – inanılmaz bir xarakterdir. Onun haqqında o qədər çox hekayələr yaza bilərəm ki, kitab alınar. Türk futbolunda iş xüsusi, çox emosionaldır, amma düzünü desəm, onlar çox da peşəkar deyillər və mütləq yaxşılaşmaq üçün yerləri var, Türkiyədə futbola çox pul qoyurlar, yaxşı klublar var, amma məsələn, rəhbərliklə münasibətlər kimi problemlər üzündən yüksək səviyyəyə çata bilmirlər.

Aut.az