Mourinyo onu istəyir “Fənərbağça” ümid edir ki….
“Fənərbaxça” “Atletiko Madrid”in hücumçusu Joao Feliksi almaqda maraqlıdır.
Aut.az xəbər verir ki, bu barədə Türkiyənin “Fanatik” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Türkiyə komandasının yeni baş məşqçisi Joze Mourinyo keçiddə şəxsən maraqlanır . O və Feliksin maraqlarını təmsil edən agenti Jorge Mendes , onu komandanı dəyişməyə inandırmaq üçün “Atletiko”nun futbolçusu ilə görüşməyə hazırlaşır. Qeyd olunur ki, “Fənərbağça” Joao Feliksi icarəyə götürməyə ümid edir.
Xatırladaq ki, 24 yaşlı Joao Feliks ötən mövsümü icarə əsasında “Barselona”da keçirmişdi. O, bütün yarışlarda 44 oyun keçirib, 10 qol vurub və altı məhsuldar ötürmə edib. Nüfuzlu Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.
Aut.az
