Naqelsmann Almaniya millisinin heyətini açıqladı
Almaniya yığmasının baş məşqçisi Yulian Naqelsmann 2026-cı il dünya çempionatının seçmə mərhələsinin oktyabr oyunları üçün heyəti açıqlayıb.
Aut.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.
Ümumilikdə “bundestim”in heyətinə 23 futbolçu daxil edilib.
Qeyd edək ki, Almaniya millisi oktyabrda Lüksemburq (10 oktyabr) və Şimali İrlandiya (13 oktyabr) yığmaları ilə qarşılaşacaq.
Qapıçılar: Oliver Baumann (“Hoffenhaym”), Aleksander Nyubel (“Ştutqart”), Finn Damen (“Auqsburq”).
Müdafiəçilər: Yonatan Ta (“Bavariya”), Robin Kox, Nataniel Braun (hər ikisi “Ayntraxt” F), David Raum (“Leypsiq”), Valdemar Anton, Niko Şlotterbek (hər ikisi “Borussiya” D), Robert Andrih (“Bayer”).
Yarımmüdafiəçilər: Serj Qnabri, Yozua Kimmix, Leon Qoretska, Aleksandar Pavloviç (hamısı “Bavariya”), Feliks Nmeça, Karim Adeyemi (hər ikisi “Borussiya” D), Floryan Virts (“Liverpul”), Ancelo Ştiller, Ceymi Levelinq (hər ikisi “Ştutqart”), Nadim Amiri (“Maynts”).
Hücumçular: Nik Voltemade (“Nyukasl”), Maksimilian Bayer (“Borussiya” D), Yonatan Burkart (“Ayntraxt” F).
