Basketbol

Karyerasının sonuna qədər eynəkdə oynamalı olacaq

Texasın “Dallas” klubunda çıxış edən NBA çempionu, 32 yaşlı Entoni Deyvis karyerasının sonuna qədər eynəkdə oynamalı olacaq.

Aut.az xəbər verir ki, bu barədə dünən keçirdiyi mətbuat konfransında basketbolçu özü  məlumat verib.

Bundan əlavə, Deyvis əməliyyat olunan sağ gözünün görmə qabiliyyətinin tam bərpa olunduğunu, ona görə də təlim-məşq toplanışına qədər heç bir məhdudiyyətin olmadığını bildirdi.

Xatırladaq ki, Detvis ötən mövsüm Texas klubunun heyətində 11 oyunda iştirak edib. O, hər oyunda orta hesabla 22,5 xal və 9,9 ribaund toplayıb.

Aut.az