Kloppdan sensasion etiraf: Bir daha…
Tanınmış alman məşqçi Yurgen Klopp bundan sonra baş məşqçi kimi işləməyəcəyini etiraf edib.
Aut.az xəbər verir ki, Kloppun sözlərini “The Athletic” sitat gətirib:
“Sadəcə istirahət edirdim (“Liverpul”dan ayrıldıqdan sonra – red.). İdmanla məşğul olurdum, həyatdan həzz alırdım, nəvələrimi görürdüm. Adi işlərimi görürdüm, bilirdim ki, gec-tez yenidən işə başlayacağam. Amma eyni zamanda bilirdim ki, məşqçi olmayacaqam. Heç vaxt? Bəli, belə düşünürəm. Amma dəqiq deyə bilmərəm.
58 yaşım var. 65 yaşımda yenidən məşqçiliyə başlasam, hamının “Amma sən demişdin ki, daha məşqçi olmayacaqsan!” deməsini istəmirəm. Bağışlayın, amma mən o zaman belə düşünürdüm”.
Aut.az
