Əfsanə bu yığmanın baş məşqçisi ola bilər
İtalyan məşqçi Fabio Kannavaro yaxın gələcəkdə Çin milli futbol komandasının baş məşqçisi ola bilər.
Aut.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Sentyabrın 29-da Milan şəhərində Çin Futbol Federasiyası ilə Kannavaro arasında danışıqlar baş tutub. Mənbənin bildirdiyinə görə, çinlilər italiyalını milli komandanın başına gətirmək üçün əla təklif hazırlayıblar.
Qeyd edək ki, Kannavaro əvvəllər Çin Futbol Federasiyasının təklifini rədd edib.
Xatırladaq ki, Kannavaro artıq Çində çalışıb. O, 2014–2015-ci illərdə və 2017–2021-ci illərdə “Quançjou” klubunu idarə edib. 2019-cu ilin yazında isə müvəqqəti olaraq Çin millisinin baş məşqçisi funksiyasını yerinə yetirib və onun rəhbərliyi altında komanda iki yoldaşlıq matçında — Özbəkistan və Taylanda uduzub.
Aut.az
