Dünya futboluAvropa Liqası

Avropa Liqasının dördqat qalibi karyerasını başa vurdu

Fransa millisinin sabiq hücumçusu Kevin Qameyro 37 yaşında karyerasını bitirmək qərarına gəlib.

Aut.az xəbər verir ki, bu barədə şəxsi sosial şəbəkədə məlumat verib.

“Meydanda keçirdiyim hər an yaddaşımda qalacaq, ürəyimdə xüsusi olacaq. Ancaq həyatımın bu möhtəşəm fəslini qürurla və bir az da nostalji ilə bağlamağın vaxtıdır”, – deyə Kevin yazıb.

Hücumçu 2005-2013-cü illərdə “Strasburq”, “Loryan” və PSJ-də çıxış edib. 2013-cü ildə “Sevilya”ya transfer olunub. Qameyro daha sonra “Atletiko” və “Valensiya”da çıxış edib. 2021-ci ildə doğma klubu “Strasburq”a qayıdıb. O, Fransa millisində 13 oyunda 3 qol vurub.

Qameyro “Sevilya” heyətində 3, “Atletiko”nun üzvü kimi 1 dəfə Avropa Liqasının qalibi olub. PSJ ilə Fransa çempionu olub, “Valensiya”nın heyətində İspaniya kubokunu qazanıb.

Aut.az