Boks

Üçqat dünya çempionunun ölüm səbəbi bəlli oldu

Boks üzrə üçqat dünya çempionu İrina Sinetskayanın ölümünə səbəb qan laxtalanması olub.

Publika.az xəbər verir ki, bu məlumatı “RİA Novosti”yə Rusiya qadın boks yığmasının keçmiş məşqçisi Viktor Lisitsın verib.

“Ölümün səbəbi qan laxtalanması olub”, – Lisitsın qısaca deyib.

Bir gün əvvəl Rusiya Boks Federasiyası idmançının 47 yaşında dünyasını dəyişdiyini açıqlamışdı. TASS- dakı mənbə daha sonra aydınlaşdırdı ki, hadisə qəfil baş verib – İrina Sinetskaya yuxuda olarkən ölüb.

Aut.az