Türkiyə

Türkiyə klubunun 60 oyunluq məğlubiyyət seriyası bitdi

Türkiyənin “Yeni Malatyaspor” klubu 60 oyunluq məğlubiyyət seriyasına son qoyub.

Aut.az xəbər verir ki, hazırda ölkənin ikinci divizionunda çıxış edən komanda 6-cı turda “Ankara Demirspor”la heç-heçə oynayıb (1:1). Beləliklə, “Yeni Malatyaspor” 974 gündən sonra ilk xalını qazanıb. Komandanın son xalı 2023-cü il yanvarın 29-da birinci liqada “Eyüpspor” üzərində qazanılan qələbə (2:1) ilə gəlmişdi.

60 matçlıq məğlubiyyət seriyasına 0:3 hesabı ilə texniki məğlubiyyətlər də daxildir. Hazırda “Yeni Malatyaspor” ikinci liqanın cədvəlində -35 xalla sonuncu pillədə qərarlaşıb. Buna səbəb mövsüm başlamazdan əvvəl FIFA tərəfindən maliyyə pozuntularına görə klubun 36 xal silinməsidir.

Xatırladaq ki, “Yeni Malatyaspor” 2021/2022 mövsümündə Türkiyə Superliqasını tərk edib.

Aut.az