Abbosbəy Türkiyə klubuna keçir
Abbosbəy Fayzullayev karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Aut.az xəbər verir ki, “First Sport” Telegram kanalının məlumatına görə, “İstanbul” 21 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı CSKA ilə fəal danışıqlar aparır.
İstanbul klubu bir tranşda 7,5 milyon avro ödəməyə hazırdır, sövdələşmədə bonuslar da ola bilər.
Ötən mövsüm Fayzullaev 27 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun ordu komandası ilə müqaviləsi gələn ilin yayına qədər qüvvədədir.
Aut.az
