“Liverpul”u “Milan”a dəyişir?
“Milan” “Liverpul”un müdafiəçisi Co Qomezlə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “Calciomercato” məlumat yayıb.
Mənbənin məlumatına əsasən, 28 yaşlı ingilis futbolçunun keçidi 2026-cı ilin yanvarında baş tuta bilər. Qomez 2015-ci ildən “Liverpul”da çıxış edir. Onun müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir.
2025/26 mövsümündə müdafiəçi 3 oyunda iştirak esib. “Transfermarkt” futbolçunun dəyərini 20 milyon avro olaraq qiymətləndirir.
Aut.az
