Bombardir “Yuventus”u pulsuz tərk edəcək
“Yuventus”un və Serbiya millisinin hücumçusu Duşan Vlahoviç gələn yay Turin klubunu pulsuz tərk edə bilər.
Aut.az xəbər verir ki, bu barədə italiyalı insayder Nikolo Şira məlumat verib.
Hazırda komandanın bombardiri olan 25 yaşlı forvard 2026-cı ilin iyunun sonunda başa çatacaq müqaviləsini yeniləməyəcək.
Bu yay “Yuventus” serbi satmağa çalışsa da, o, karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirməkdən imtina edib.
Dünən məlum olub ki, “Bavariya” Duşan Vlahoviçi Harri Keynin əvəzedicisi, gələcəkdə isə alman hücumçunun varisi kimi nəzərdən keçirir .
25 yaşlı serb futbolçunun qiyməti hazırda 35 milyon avrodur. Bu mövsüm o, bütün turnirlərdə doqquz matçda altı qol vurub və bir məhsuldar ötürmə edib.
Aut.az
