İspaniya

Simoene “Real”a ən çox qalib gələn məşqçilər sırasında: Yalnız onlardan geri qalır

“Atletiko” İspaniya çempionatının 7-ci turunda “Real”ı 5:2 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, “hindular”ın baş məşqçisi Dieqo Simeone üçün bu, La Liqada 28-ci Madrid derbisi olub. Bu göstərici ilə Simeone 1960–1974-cü illərdə “Real”ı çalışdırmış Miqel Munyosun rekorduna çatıb.

Simeonenin karyerasında “Real” üzərində qələbələrin sayı 14-ə yüksəlib. O, Madrid klubunu ən çox üstələyən məşqçilər arasında “ilk üçlüy”ə daxil olub. Onu bu göstəricidə yalnız Araqones (16 qələbə) və Elenio Errera (22 qələbə) qabaqlayır.

Aut.az