III MDB Oyunlarının rəsmi açılış mərasimi olacaq
Bu gün Gəncə şəhərində III MDB Oyunlarının açılış mərasimi keçiriləcək. Yeni təmirdən çıxan şəhər stadionunda baş tutacaq tədbirə saat 19:00-da start veriləcək.
Aut.az xəbər verir ki, Mərasimdə Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyacaqlar.
Qeyd edək ki, sentyabrın 26-da start götürən yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.
Yarışa oktyabrın 8-də, Gəncə şəhər stadionunda yekun vurulacaq.
