“Spartak”ın simvolları oğurlandı
Moskvada “Spartak” xokkey komandasının simvolları olan 17 kolleksiya qol saatı oğurlanıb.
Aut.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin nümayəndəsi İrina Volk sosial şəbəkələrdə məlumat verib.
O qeyd edib ki, Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin Mərkəzi İnzibati Dairə İdarəsinin Lujniki Olimpiya Kompleksinə xidmət göstərən polis şöbəsi artıq oğurluqda şübhəli bilinən iki nəfəri saxlayıb və oğurlanmış əmlakın bir hissəsini tapıb. Müsadirə edilən saatlar kluba qaytarılacaq.
Mövcud məlumata görə, itki təşkilatın əməkdaşları tərəfindən inventarizasiya zamanı aşkar edilib. Maddi ziyan 1 milyon rublu ötüb.
“Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxslərin izinə düşərək Moskvada yaşadıqları ünvanda saxlayıblar. Məlum olub ki, həmin şəxslər təşkilatın başqa ofisə köçürülməsi zamanı yükləmə işləri aparıblar. Şahidlərin olmamasından istifadə edərək saatı oğurlayaraq dostlarına veriblər. Onlar da öz növbəsində internet saytları vasitəsilə satışa çıxarmağa cəhd ediblər”, – İrina bildirib.
Aut.az
