Azərbaycan güləşçiləri dünya çempionu oldular
Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U-17 dünya çempionatı davam edir.
Aut.az xəbər verir ki, Azərbaycan millisinin üzvləri Ülviyyə Musayeva (55 kq) və Nihad Süleymanlı (80 kq) yarışda qızıl medal qazanıblar.
55 kq çəki dərəcəsində mübarizə aparan Ülviyyə Musayeva finalda yaponiyalı Reisa Kojimanı 4:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Güləşçimiz 1/4 finalda britaniyalı Naosi Makmanusanı 3:0, yarımfinalda isə polşalı Aqata Kuçarskayanı 3:2 hesabı ilə üstələyib.
80 kq-da çıxış edən Nihad Süleymanlı da finalda gürcüstanlı Nuradin Mustafayevi 3:0 hesabı ilə məğlub edərək dünya çempionluğunu rəsmiləşdirib. O, 1/4 finalda isə həmyerlisi Elvin Hacıquliyevi, 3:0, yarımfinalda isə iranlı Abulfazl Saadatini 4:0 hesabı ilə üstələyib.
