Futzal

Avro-2026-nın bütün iştirakçıları müəyyənləşdi

Avro-2026-nın bütün 16 iştirakçısı müəyyənləşib.

Aut.az xəbər verir ki, pley-off mərhələsinin oyunlarından sonra Avropa çempionatının final mərhələsində çıxış edəcək komandaların yekun siyahısı bəlli olub.

Avropa çempionu adı uğrunda mübarizə aparacaq komandalar bunlardır: turnirin ev sahibi Litva, Latviya, Sloveniya, hazırkı çempion Portuqaliya, bürünc mükafatçı İspaniya, Ermənistan, Ukrayna, Belçika, Macarıstan, Gürcüstan, İtaliya, Polşa, Fransa, Xorvatiya, Çexiya və Belarus.

Final mərhələsinin püşkatması 24 oktyabrda Litvanın Kaunas şəhərindəki “Jalgiris Arena”da baş tutacaq.

Xatırladaq ki, Azərbaycan millisi əsas mərhədə Xorvatiya, İsveç və Yuanıstala bir qrupda yer alıb və sonuncu olub.

Aut.az