Azərbaycan paraüzgüçüsü dünya çempionatında “bürünc” qazanıb
Azərbaycan paraüzgüçüsü Raman Saley (S12 kateqoriyası) Sinqapurda keçirilən dünya çempionatının ikinci günündə bürünc medal qazanıb.
Aut.az xəbər verir ki, idmançı 100 metr məsafəyə “butterfly” (kəpənək) üsulunda 58.17 nəticə ilə üçüncü yeri tutub.
Saley yarışın ilk günündə 100 metr məsafəyə arxasıüstə üzmə üsulunda 1:01.58 nəticə ilə qızıl medal qazanmışdı
