Çempionlar Liqası

“Kayrat”ın Lissabona uçuşu nə qədər çəkib?

“Kayrat”ın baş məşqçisi Rafael Urazbaxtin komandasının Portuqaliyaya səfərindən danışıb.

Aut.az xəbər verir ki, Çempionlar Liqasının 1-ci turunda “Sportinq”lə qarşılaşacaq Qazaxıstan təmsilçisinin çalışdırıcıs 12 saatlıq uçuş reallaşdırdıqlarını bilidirib:

“Dünən günorta Lissabona endik. Artıq ilk məşqi keçirdik. Uzun uçuşdan sonra bir az toparlandıq. Mən saniyəölçənlə qeydə aldım: təyyarəyə oturduğumuz andan düşənə qədər 11 saat 45 dəqiqə keçdi. Təxminən 12 saat uçduq, təyyarə yanacaqdoldurma üçün dayanmışdı.

Olimpiya bazasında məşq etdik, meydançalar ideal vəziyyətdədir. Bu axşam isə oyundanöncəki məşqi “Joze Alvalade” stadionunda keçirəcəyik. Avropaya ilk səfərimiz deyil. Əsas odur ki, uşaqlar uzun uçuşdan sonra bərpa olunsunlar. Düşünürəm, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, görüş sentyabrın 18-də reallaşacaq.