Dünya futbolu

“Siti”nin qalmaqallı futbolçusu bu kluba keçdi

“Mançester Siti”nin və Fransa yığmasının sabiq müdafiəçisi Benjamin Mendi Polşanın “Poqon” klubu ilə müqavilə imzalayacaq.

Aut.az TVP-ə istinadən xəbər verir ki, komandanın prezidenti Aleks Haditaqi transferi sosial şəbəkədə açıqlayıb.

Mendi 2025-ci ilin ilk yarısını Sürixdə keçirib, 8 matçda meydana çıxıb və bir məhsuldar ötürmə edib.

31 yaşlı futbolçu 2018-ci ilin Dünya Çempionu, dördqat İngiltərə çempionu və “Monako” ilə Fransa çempionudur.

2021-ci ilin avqustunda Mendi bir neçə qadına qarşı cinsi təcavüzdə ittiham olunub. “Mançester Siti” futbolçunu məşqdən uzaqlaşdırıb. Mendi bir müddət həbsdə qalıb. 2023-cü ilin yayında futbolçunun günahsız olduğu üzə çıxıb.