“Benfika” “Qarabağ”ın gənclərini darmadağın etdi
UEFA Gənclər Liqası çərçivəsində “Qarabağ”-ın U-19 komandası bu gün turnirdə ilk oyununu keçirib.
Aut.az xəbər verir ki, Ağdam klubunun gənc futbolçuları “Benfika”nın müvafiq komandası ilə üz-üzə gəlib.
Görüş Rəşad Sadiqovun rəhbərlik etdiyi kollektivin 1:7 hesablı məğlubiyyəti ilə başa çatıb.
Xatırladaq ki, “Qarabağ”ın U-19 komandası yarışın Liqa mərhələsində ümumilikdə 6 oyun keçirəcək.
UEFA Gənclər Liqası
16 sentyabr
Benfika U-19- Qarabağ U-19 7:1
Qollar: Migel Fiqueyredo, 6. Qonsalo Moreyra, 15; 17; 26; 38-pen. Sousa Silva, 20. Stevan Manuel, 61 – Əli Hacıbəyov, 85.
