Digər

14-cü dəfə dünya rekordu qırdı

İkiqat olimpiya çempionu, isveçli Armand Dyuplantis şüvüllə  tullanmada 14-cü dəfə yeni dünya rekordu müəyyənləşdirib.

Aut.az xəbər verir ki, o, Yaponiyanın Tokio şəhərində keçirilən Dünya Çempionatında 6,30 m hündürlüyə nail olub.

Dyuplantis üçüncü cəhdində rekord hündürlüyə çatıb. Qeyd edək ki, o, dünya çempionatında 6,15 m hündürlüyə tullanma ilə qələbəsini təmin edib. Armand əvvəlki dünya rekordunu 2025-ci ilin avqustunda qırıb – 6,29 m.

Dünya Atletika Çempionatı. Kişilər, şüvüllə tullanma:

Armand Dyuplantis (İsveç) – 6,30 m.

Emmanuel Karalis (Yunanıstan) – 6 m.

Kertis Marşal (Avstraliya) – 5,95 m.

Aut.az