Tənqidləri qəbul edir, amma sistemi dəyişməyəcək
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandasının “Mançester Siti” ilə derbidəki çıxışı (0:3) haqda fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, “The Athletic” 40 yaşlı portuqaliyalının sözlərini sitat gətirib:
“Azarkeşlərə mesajım odur ki, hər şeyimi verəcəm. Mən hər şeyi edəcəm, həmişə klub üçün nəyin yaxşı olduğunu düşünürəm. Bu, həmişə eyni mesaj olub.
Nə qədər ki, buradayam, əlimdən gələni edəcəyəm”, – Amorim deyib.
Bu nəticədən sonra azarkeşlər və ekspertlər Amorimin oyun sistemini bir daha tənqid ediblər. Portuqaliyalı tənqidi qəbul edir, lakin ideyalarından əl çəkməyəcəyini də bildirib:
“Mən tənqidləri başa düşürəm və qəbul edirəm. Bu, “Mançester Yunayted”in əldə etməli olduğu nəticə deyil. Çox şeylər var.
Bu aylarda nə baş verdiyini bilmirsiniz, amma mən bunu qəbul edirəm. Dəyişmək fikrində deyiləm. Fəlsəfəmi dəyişmək istəyəndə dəyişəcəm. Əks halda, məşqçini dəyişməli olacaqsınız.
Uduzduğumuz hər oyunda bu haqda danışırıq. Mən sistemə və ya buna bənzər bir şeyə inanmıram”.
Aut.az
