Beş çəki dərəcəsində keçmiş dünya çempionu, 48 yaşlı amerikalı Floyd Meyvezer həmyerlisi Terens Kroufordun meksikalı Saul Alvareslə döyüşdə qələbəsinə 50 min dollar mərc edərək 74 min dollar qazanıb.
Aut.az xəbər verir ki, Terens və Saul sentyabrın 14-də Las-Veqasda (Nevada, ABŞ) döyüşüb. Onların mübarizəsi bütün 12 raund davam edib və yekdil qərarla Kroufordun qələbəsi ilə başa çatdı.
Alvares üçün bu, peşəkar səviyyədə üçüncü məğlubiyyət olub Terens məğlubiyyətsiz boksçu statusunu qoruyub.
Aut.az