Rusiyalı futbolçu Türkiyə klubunda
Rusiyalı hücumçu German Onuqa Danimarka “Kopenhagen”indən Türkiyənin “Kayserispor” klubuna keçib.
Aut.az xəbər verir ki, 29 yaşlı forvard yeni komandası ilə 2 illik müqavilə imzalayıb.
“Futbolçumuza şərəfli formamızda uğurlar arzulayırıq”, – klubun mətbuat xidməti sosial mediada açıqlamasında bildirib.
Onuqa peşəkar futbolçu karyerası ərzində “Penza Zenit”, “Volqar”, “Tambov”, “Krasnodar”, “Krılya Sovetov”, İsrailin “Bney Sakhnin”, Danimarkanın “Kopenhagen” və “Veyle” klublarında çıxış edib.
Keçən mövsüm Onuqa “Kopenhagen”in heyətində 7 oyun keçirib, həmçinin icarəyə götürüldüyü “Veyle”nin heyətində 21 oyuna çıxıb. Ümumilikdə, Herman 2024/2025 mövsümündə 13 qol vurub və bir məhsuldar ötürmə edib. “Transfermarkt” saytında verilən məlumata görə, futbolçunun bazar dəyəri 1,8 milyon avrodur.
Aut.az
