İspaniya nəhəngi “Qalatasaray”ın futbolçusunu hədəfə aldı
“Atletiko” hücum xəttini türkiyəli futbolçu ilə gücləndirmək istəyir.
Aut.az xəbər verir ki, bu barədə “Takvim” məlumat yayıb.
Madridlilərin diqqətini “Qalatasaray”ın 25 yaşlı vingeri Yunus Akgün cəlb edib. İspaniya klubunun nümayəndələri Türkiyə və İspaniya yığmaları arasında keçirilən oyununa gedərək futbolçunu şəxsən izləyiblər. Gözlənilir ki, ilk rəsmi təklif artıq yanvar ayında ediləcək.
Bununla belə, “Qalatasaray” və baş məşqçi Okan Buruk mövsümün ortasında komandanın liderlərindən birini buraxmaq istəmir.
Ötən mövsüm Akgün yüksək göstəricilər sergiləyib — 43 matçda 12 qol və 14 məhsuldar ötürmə. Ümumilikdə isə o, İstanbul klubunun heyətində 109 oyunda çıxış edərək 18 qola və 22 assitə imza atıb.
