Məhkəmə 5 il əvvəl irqçilik edən azarkeşi cəzalandırdı
“Espanyol” azarkeşi “Athletik”in hücumçusu İnyaki Uilyamsa qarşı irqçi ifadələrə görə bir il müddətinə həbs cəzasına məhkum edilib.
Aut.az xəbər verir ki, Barselona Apellyasiya Məhkəməsi bu barədə qərar verib.
Hadisə 2020-ci ilin yanvarında, La Liqanın 21-ci turunda “Espanyol” – “Athletic” (1:1) oyunu zamanı baş verib. Azarkeş hücumçunu təhqir edərək meymun səslərini və jestlərini təqlid edib.
Məhkəmə qərarına əsasən, həmin şəxs həmçinin cərimə ödəyəcək və üç il müddətinə futbol stadionlarına buraxılmayacaq. Prokurorluq əvvəlcə azarkeş üçün iki illik həbs cəzası tələb etmişdi.
Aut.az
