İspaniya

İlk dəfə Yamalla münasibətindən danışdı

Argentina müğənni Niki Nikoll “Barselona”nın gənc ulduzu Lamin Yamal ilə münasibətlərinin hələ də davam etdiyini bəyan edib.

Aut.az xəbər verir ki, Barselonada “Desigual” brendinin tədbirində, sənətçiyə 18 yaşlı futbolçu ilə münasibətləri barədə sual verilib. Elə həmin zaman sosial şəbəkələrdə sürətlə yayılan ifadə səslənib: “Bəli, mən xoşbəxtəm. Lamin Yamala çox aşiqəm”.

Bu onun sevgi macəraları barədə ilk sualı olub.

Onun səmimi etirafı bir neçə gün öncə Yamalın özü İspaniya yığmasındakı komanda yoldaşı Niko Uilyamsa telefonunun ekranında Niki Nikollun şəklini göstərmiş, ayrılma şayiələrini təkzib etmişdi.

Aut.az