Dünya futbolu

Rusiyada qəzəblidirlər: Onları bir daha yığmaya çağırmayın

1972-ci ildə SSRİ-nin ən yaxşı futbolçusu Yevgeni Lovçev İordaniya ilə yoldaşlıq görüşündə iştirak edən futbolçuların Rusiya yığmasına çağırılmamasını təklif edib.

Aut.az xəbər verir ki, Rusiya – İordaniya oyunu sentyabrın 4-də Moskvada, “Lukoyl Arena” stadionunda keçirilib və 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

“Mən İordaniya ilə matçda oynayan futbolçuları bir daha milliyə çağırmazdım. Onlara deyərdim: “Uşaqlar, axı bizi beynəlxalq yarışlara buraxanda Braziliya, Almaniya ilə oynayacaqsınız”. Onsuz da bir müddətdən sonra bizə qadağa qoymağı dayandıracaqlar. Hər şey normala dönəcək. İordaniyaya qalib gələ bilmirsiniz, amma güclü komandalarla oynamaq istəyirsiniz. Mən belələrini yaxına buraxmazdım. Onlar özlərini yox, Rusiyanı rüsvay edirlər”, – Lovçev Match TV-yə deyib.

Aut.az