“Bayer”in yeni baş məşqçisi bəlli oldu – FOTO
Danimarkalı Kasper Yulmann “Bayer Leverkuzen”in yeni baş məşqçisi olacaq.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat verib.
Almaniya klubu 53 yaşlı mütəxəssislə tam razılığa gəlib. Qeyd olunur ki, əvvəldən Yulman əsas favorit olub, son iki gündə başqa namizədlərə baxılmayıb.
Mütəxəssisin yeni klubunda ilk məşqi çərşənbə günü, sentyabrın 10-na planlaşdırılıb.

Yulman Danimarka millisindən ayrıldıqdan sonra ötən ilin yayından işsizdi.
Xatırladaq ki, əvvəlki məşqçi Erik Ten Qaq klubda cəmi üç aydan bir qədər çox çalışıb .
Niderlandlının rəhbərliyi altında “əczaçılar” üç oyun keçirib: Almaniya kubokunda “Sonnenhof”a qalib gəlib (4:0), bundan sonra Bundesliqada “Hoffenhaym”a uduzub (1:2), “Verder”lə heç-heçə edib (3:3).
Aut.az
