Dünya futboluTürkiyə

“Spartak” istəyirdi, “Qalatasaray” Braziliya klubuna icarəyə verdi

“Qalatasaray”ın rəsmi saytı Karlos Kuestanın icarəyə verildiyini açıqlayıb.

Aut.az xəbər verir ki, 26 yaşlı müdafiəçi 2026-cı il yanvarın 1-dək “Vasko Da Qama”ya icarəyə verilib. Müqavilənin dəyəri 750 min avrodur.

Bundan əlavə, icarə müddəti bir il uzadıla bilər, o zaman ümumi məbləğ 2,25 milyon avro olacaq.

Braziliya klubunun Karlos Kuestanı 5,75 milyon avroya almaq imkanı var.

Əvvəllər “Spartak” da Kolumbiya millisinin futbolçusu ilə maraqlanırdı.

Aut.az