Donnarumma “Siti”də
PSJ-nin qapıçısı Canluici Donnarumma karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Aut.az xıbır verir ki, insayder Fabritsio Romano sosial şəbəkədə yazıb ki, italiyalı qolkiper “Mançester Siti”yə keçib.
Mənbənin məlumatına görə, sövdələşmənin dəyəri 39 milyon avro olub. Daha əvvəl media Donnarummanın “Mançester Siti”də bonuslar da daxil olmaqla 15 milyon avroya qədər qazana biləcəyini yazmışdı. Tərəflərin müqaviləsi 2030-cu ilə qədər olacaq.
Canluici Donnarumma 2021-ci ilin yayında azad agent kimi “Milan”dan PSJ-yə keçib. İtaliyalının Fransa çempionu ilə müqaviləsi bir ildən sonra başa çatır və müqavilənin uzadılması ilə bağlı razılıq əldə olunmayıb.
Aut.az
