“Qarabağ”ın ÇL-dəki təqvimi açıqlandı: “Çelsi” bu tarixdə gələcək
Ölkəmizi Çempionlar Liqasının əsas mərhələsində təmsil edəcək “Qarabağ”ın oyun təqvimi açıqlanıb.
Aut.az UEFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu ilk turda səfərdə “Benfika” ilə qarşılaşacaq.
Qurban Qurbanovun yetirmələri ikinci görüşünü Bakıda “Kopenhagen”ə qarşı keçirəcək.
“Köhlən atlar” liqa mərhələsindəki sonuncu matçında səfərdə “Liverpul” ilə üz-üzə gələcək.
“Qarabağ”ın ÇL-in əsas mərhələsindəki təqvimi:
1-ci tur (16 sentyabr)
23:00 “Benfika” – “Qarabağ”
2-ci tur (1 oktyabr)
20:45 “Qarabağ” – “Kopenhagen”
3-cü tur (22 oktyabr)
20:45 “Atletik” – “Qarabağ”
4-cü tur (5 noyabr)
21:45 “Qarabağ” – “Çelsi”
5-ci tur (25 noyabr)
00:00 “Napoli” – “Qarabağ”
6-cı tur: (10 dekabr)
21:45 “Qarabağ” – “Ayaks”
7-ci tur (21 yanvar)
21:45 “Qarabağ” – “Ayntraxt”
8-ci tur: (28 yanvar)
00:00 “Liverpul” – “Qarabağ”
