“Qarabağ”ın səfər oyununu izləyən azarkeş sayı
Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən HİK (Finlandiya) – “Qarabağ” oyununu izləyən azarkeş sayı məlum olub.
Aut.az xəbər verir ki, Helsinkidə “Bolt Arena”da baş tutan görüşü 7612 fanat tribunadan izləyib.
“Qarabağ” rəqibini 2:1 hesabıyla məğlub edib. “Atlılar” iki oyunun nəticəsinə görə mərhələ adlayan tərəf olub.
Azərbaycan təmsilçisi pley-offda “Olimpiya” (Sloveniya) ilə qarşılaşacaq.
