Çempionlar Liqası

Nəhənglər ÇL-də yenə üz-üzə: Ardıcıl 5-ci mövsüm

“Real” və “Mançester Siti” 2025/26 mövsümündə Çempionlar Liqasının ümumi mərhələsindəki rəqiblərini tanıyıblar.

Aut.az xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, bu klublar yenidən avrokuboklarda bir-birinə rəqib olacaqlar. Görüş Madrid təmsilçisinin stadionunda keçiriləcək.

“Opta”nın məlumatına görə, “Real” və “Siti” Çempionlar Liqasında ardıcıl beşinci mövsümdə üz-üzə gələcək. Ümumilikdə isə tərəflər 2021/22 mövsümündən bəri bir-birinə qarşı artıq səkkiz oyun keçirib.

Turnirin tam təqvimi və matçların tarixləri avqustun 30-dan gec olmayaraq açıqlanacaq.