Dünya futboluÇempionlar Liqası

“Kayrat”ın baş məşqçisi ən gözlənilməz təbriki kimdən alıb?

“Kayrat”ın baş məşqçisi Rafael Urazbaxtin Çempionlar Liqasının ümumi mərhələsinə yüksəldikdən sonra ən gözlənilməz təbriklərdən danışıb.

Xatırladaq ki, “Kayrat” tarixində ilk dəfə bu mərhələyə yüksəlib.

Aut.az xəbər verir ki, mütəxəssis bu barədə “Çempionat”ın müxbiri Aleksandr Yerşova müsahibəsində deyib:

“Mənə dostu Amerikada, Nyu-Yorkda yaşayan bir tanışım zəng etdi. O, yəhudi diasporundandır. Biliblər ki, Alma-Atadandır, ona görə də hamı onu təbrik etməyə başlayıb.

Məlum oldu ki, tanışımın tanışı mənə salamlarını və təbriklərini göndərib. O, qələbəmiz sayəsində indi çox məşhur olduğunu bildirib”.

Aut.az