Qaydasız döyüş

Çeçen döyüşçünün qolundakı 100 min dollarlıq saat: Kadırov alıb?

UFC-nin çeçen döyüşçüsü Baysanqur Susurkayev mətbuat konfransına bahalı aksesuarla çıxmasından danışıb.

Aut.az xəbər verir ki, Susurkayev UFC-də debüt döyüşünü keçirib və Erik Nolanı məğlub edib.

– Özünüzü nümayiş etdirmədiyinizi dediniz, amma mətbuat konfransına yüz min dollarlıq saat taxaraq çıxdınız.

= Bu, kortəbii idi, Həmzətin ideyası idi. Dedi: “Al”. Mən də götürdüm. Mən heç vaxt belə saat taxmamışdım, o vaxt mənim saatımın qiyməti 800 dollar idi və bu, həyatımda ən bahalı saat idi. Sonra da mənə 180 minlik saat verirlər! Başqa nə edə bilərdim? Mən onu taxıb deyirəm: “Belədir, daha döyüşməyə ehtiyac yoxdur”.

Çoxları deyirdi ki, onu Kadırov mənim üçün alıb və Kadırov hər şeyi ödəyir. Bəziləri deyirdi ki, Həmzət hədiyyə edib, amma bu, sadəcə olaraq şou-biznesdir. Saatı borc götürdüm, sonra qaytardım. Çox sağ ol Həmzət. O, mənə çox kömək etdi, – Susurkayev “Sport24”ün müxbiri Vladimir Kolosa müsahibəsində deyib.

Çimaev əvvəllər cənubi afrikalı Drikus Du Plessisi məğlub edərək orta çəki çempionu olmuşdu. Susurkayev Çimaeyvi titul döyüşünə hazırlayanlardan biri idi.

Aut.az