KDÇ-2029-də komanda sayı artırılacaq, format dəyişdiriləcək: FİFA-nın planı açıqlandı
FİFA 2029-cu ildə keçiriləcək klublararası dünya çempionatında iştirakçıların sayını 48-ə qaldırmağı planlaşdırır.
Aut.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Mənbənin sözlərinə görə, beynəlxalq turnirdə iştirak hüququ uğrunda əlavə pley-off oyunlarının sayının da artırılması mümkündür. Klublararası dünya çempionatının İspaniya və Mərakeşdə keçirilməsi nəzərdən keçirilir. 2030-cu ildə həmin ölkələr milli komandalar arasında dünya çempionatının oyunlarına da ev sahibliyi edəcək.
Pley-off görüşlərinin sayının artırılması ilə FİFA əsas turnirin təqvimini yüngülləşdirməyi planlaşdırır.
2025-ci ildə 32 komandanın iştirakı ilə ABŞ-da keçirilən klublararası dünya çempionatında qalib “Çelsi” olub.
Aut.az
