Azərbaycan futbolu

“Şamaxı” “Şəfa” ilə sülh bağladı

“Şamaxı” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

Aut.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv “Şəfa” ilə üz-üzə gəlib.

I Liqa təmsilçisi ilə matç 1:1 hesablı bərabərliklə başa çatıb. “Şamaxı”nın heyətində Abdullahi Şuaybu fərqlənib.