Emin Mahmudov Qurban Qurbanovun 20 illik rekordunu təkrarladı
Bu gün Azərbaycan yığması Macarıstanda Qazaxıstanla qarşılaşır.
Aut.az xəbər verir ki, hazırda davam edən yoldaşlıq görüşündə hesab 2:2-dir.
Azərbaycan yığmasının ikinci qolunu Emin Mahmudov vurub. Bu, Eminin millinin heyətində vurduğu 14-cü qoldur.
O, bu göstəricidə rekordçu olan Qurban Qurbanova çatıb. Qurbanovun 14 qol göstəricisi 20 il idi ki, təkrarlanmırdı.
Aut.az
