Onları itirmək istəmirəm – Flik kimləri nəzərdə tutur?
“Barselona”nın baş məşqçisi Hansi Flik komandanın yarımmüdafiəçiləri Fermin Lopes və Mark Kasado ilə bağlı transfer söz-söhbətlərinə münasibət bildirib.
Aut.az xəbər verir ki, almaniyalı mütəxəssis bu sözləri deyib:
“Mən Kasado ilə onun gələcəyi barədə danışdım və düşünmürəm ki, o, klubdan getmək istəyir. Onun burada qalmasını istəyirəm. Mövsüm çətin olacaq və bütün oyunçulara ehtiyacım var. O, inam verir və komandaya çox şey qazandırır. Bilirəm ki, onun üçün asan deyil, amma “Barselona”da gələcəyi var.
Fermin? Kasado ilə bağlı dediklərimi burada da təkrar edə bilərəm. Mən heç bir oyunçunu itirmək istəmirəm. Onun vəziyyəti də yaxşıdır və mən “Barselona”dakı bütün futbolçulardan razıyam. Onların hamısını sevirəm, hamısı mənə lazımdır”.
