Almaniya

“Hər kəs 70-80 milyon avroluq transfer istəyir, amma bizdə bu qədər pul yoxdur”

“Bavariya”nın idman direktoru Maks Eberl klubun planlarından danışıb.

Aut.az xəbər verir ki, o, transfer pəncərəsinin son günlərində hücuma bir futbolçu almaq planlarından danışıb:

“Müdafiədə, yarımmüdafiədə və qapıda çox yaxşı komplektləşmişik. Amma hücuma az diqqət ayırmışıq. Biz artıq bir oyunçu – Luçonu (Luis Diası) transfer etdik. Bundan əlavə, gənc futbolçularımız Lennart Karl və Kona Kusi-Asare var, onlar da öz rollarını oynamalıdırlar. Plan ondan ibarət idi ki, gənclərə yer qalsın.

Bununla belə, üç turniri və hər üç gündən bir sərf olunan enerjini nəzərə alsaq, hücumda daha bir oyunçunun olması pis olmazdı. Hazırda görmək istəyirik ki, nə edə bilərik, amma heç bir dəli addım atmayacağıq. Hər kəs 70-80 milyon avroluq transfer istəyir, amma bizdə bu qədər pul yoxdur. Buna görə də kreativ olmalıyıq. Futbolçularla aparılan danışıqlarda hiss etdik ki, onlara “Bavariya”nın adı xoş gəlir. Amma klublar yaxşı oyunçuları icarəyə verməyə meylli deyillər”.